Deputat Almaniya səfiri ilə görüş keçirdi

Deputat Almaniya səfiri ilə görüş keçirdi
  27 Aprel 2020    Oxunub:3045
Almaniyanın Bakıdakı səfiri Volfqanq Maniq Azərbaycan-Almaniya parlamentlərarası İşçi Qrupun rəhbəri, deputat Nurlan Həsənovla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə diplomat "Twitter" hesabında yazıb.

Səfir vurğulayıb ki, görüşdə koronavirusun ölkələrimizə təsiri, hüquqşünaslıq və hüquqi təhsili sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Biz mövcud olan səmərəli dialoqumuzu davam etdirəcəyik", - deyə səfir əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Səfir   Deputat  





Xəbər lenti