“Azərbaycanın hər bir vətəndaşı Sizin dəstəyinizi hiss edir” - Prezidentə yazırlar

  “Azərbaycanın hər bir vətəndaşı Sizin dəstəyinizi hiss edir” -    Prezidentə yazırlar
  25 Aprel 2020    Oxunub:4282
Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Azvision.az Prezidentin saytına istinadla həmin məktubların daha bir qismini təqdim edir.

Qubadlı rayonundan məcburi köçkün Tünzalə Hüseynova yazır: “Möhtərəm cənab Prezidentim, bütün dünyanı saran pandemiya dövründə Azərbaycan xalqının sağlamlığını siyasətinizin ən prioritet istiqaməti etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın idarəçiliyinin etibarlı əllərdə olduğu bir daha sübut olundu. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurlu addımlar atıldı. Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir. Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirik. Biz birlikdə güclüyük!. Güclü Azərbaycanın layiqli lideri, Allah Sizi və ailənizi qorusun!”.

Ağdam rayonunun Çəmənli kəndindən Röyal Quliyev: “Çox hörmətli cənab Prezident, mənim 28 yaşım var. Bu müraciəti cəbhə bölgəsi olan Ağdam rayonunun Çəmənli kəndindən böyük qürur hissi ilə yazıram. Yürütdüyünüz uzaqgörən siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı və xalqın rifahı gündən-günə yaxşılaşır. Bütün bu işləri eyni vaxtda görmək əsl qəhramanlıqdır. Bu səbəbdən Sizi yorulmaz lider hesab edirəm. İnanıram ki, bu qüvvəti, gücü Sizə xalqın sonsuz inamı və sevgisi verir. Cənab Prezident, ölkəmizin inkişafı naminə misilsiz fəaliyyətinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycan xalqının taleyüklü məsələlərinin həlli ancaq Sizin qətiyyətli mövqeyiniz sayəsində mümkündür. Sizin dünya azərbaycanlıları üçün gördüyünüz möhtəşəm işlər bütün xalqımız tərəfindən alqışlanaraq heyranlıqla izlənilir. Pandemiya ilə əlaqədar dünya ölkələrinin həyata keçirə bilmədikləri tədbirləri Siz vaxtında, çevik, ardıcıl və uğurlu şəkildə reallaşdıraraq xalqımızı bu bəladan xilas edəcəyinizə inanırıq. Tapşırıqlarınıza və sərəncamlarınıza əsasən vətəndaşlarımıza göstərilən maddi və mənəvi yardımlar ürəkaçandır. Möhtərəm Prezident, Siz xalqın xilaskarı olmaq missiyasını uğurla davam etdirirsiniz. Ağdamlılar hər zaman Sizinlədirlər. Allah Sizi xəta və bəladan qorusun!”.

Neftçala rayonunun Aşağı Surra kəndinin sakini Zəhra Quluzadə: “Əziz Prezidentimiz, bu məktubu Sizə Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin 1-ci sinif şagirdi Quluzadə Zəhra yazır. Sizə təşəkkür edirik ki, bu çətin günlərdə belə biz uşaqları yaddan çıxarmır, qayğımıza qalırsınız. Atam deyir ki, güclü liderimiz var, bizi bu bəladan qurtaracaq və biz yenə də həmişəki kimi firavan yaşayacağıq. Biz də Sizin tapşırığınızı yerinə yetirib evdə qalır və dərslərimizi oxuyuruq. Sizin sayənizdə bu xəstəliyə tezliklə qalib gələrək, yenidən məktəbə qayıdacağımıza inanırıq. Allah Sizi qorusun!. Sizi çox istəyirik”.

Şamaxı rayonunun Quşçu kəndindən Kərim Gülalıyev: “Möhtərəm cənab Prezident, mən bir ağsaqqal kimi Sizin və Mehriban xanımın ölkəmiz qarşısındakı xidmətlərinizi yüksək qiymətləndirirəm. Sizin tapşırığınızla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində, şükürlər olsun ki, pandemiya ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaq. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm”.

Siyəzən rayonunundan Bəxtiyar Seyidov: “Cənab Prezident, məlum olduğu kimi, dünyanı bürüyən koronavirus pandemiyası bir çox inkişaf etmiş ölkələrdə qarşısıalınmaz təhlükəyə çevrilib. Bu virus səbəbindən on minlərlə insan həyatını itirib. Təəssüflər olsun ki, virus bizim ölkəyə də gəlib çatıb və bizdə də həyatını itirənlər var. Möhtərəm cənab Prezident, Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz sayəsində ölkəmizdə virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və xəstəlik nəzarət altında saxlanılır. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sistemində gücləndirilmiş iş rejiminə start verildi, həkimlərin maaşı artırıldı. Bundan əlavə, insanların evdə qalması ilə əlaqədar yarana biləcək digər problem bir qrup insanın sosial rifahı ilə bağlı idi. Lakin bu problemi də tez bir zamanda həll etdiniz. Siz 600 min ailəyə 190 manat birdəfəlik ödənişin edilməsi ilə bağlı göstəriş verdiyiniz. Bundan əlavə, Sizin təşəbbüsünüzlə başladılmış yardım kampaniyasına ölkənin hər yerindən iş adamları da qoşularaq insanlara bu çətin durumda dəstək oldular. Möhtərəm Prezidentimiz, bütün bu tədbirlər göstərir ki, Siz daim Azərbaycan xalqının yanındasınız və ölkəmizi yarana biləcək hər bir təhlükədən qorumaq iqtidarındasınız. Biz Sizinlə fəxr edirik”.

Quba rayonunun Rustov kənd sakini Aynur Mövlanova: “Cənab Prezidentimiz, mən Quba rayonunun Rustov kəndində ibtidai sinif müəllimi işləyirəm. Hər şeydən əvvəl demək istəyirəm ki, Sizinlə hər zaman qürur duyur, fəxr edirəm. Dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi bir zamanda ölkəmizdə bu virusun yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq üçün gördüyünüz işlərinizi dəstəkləyir, buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin uzaqgörən siyasətiniz, xalqa olan diqqət və qayğınız, koronavirus pandemiyasına qarşı mübarizə üçün əvvəlcədən qəbul etdiyiniz qərarlar sayəsində itkilərimiz başqa ölkələrlə müqayisədə dəfələrlə azdır. Məhz bu işlərinizin nəticəsində xalqımız rahat yaşayır. Biz ürəkdən inanırıq ki, ölkəmizi və xalqımızı bu çətin imtahandan da uğurla çıxaracaq, gözəl və uğurlu gələcəyə aparacaqsınız. Sizə cansağlığı və fəaliyyətinizdə davamlı uğurlar arzulayıram”.

Şəki rayonunun Kiçik Dəhnə kəndindən Mikayıl Qeybullayev: “Hörmətli cənab Prezident, COVID-19 pandemiyasının tüğyan etdiyi, neftin qiymətinin aşağı düşdüyü, dünya iqtisadiyyatının çökdüyü bir zamanda biz - Şəki rayonunun Kiçik Dəhnə kəndinin ziyalıları Sizin yanınızdayıq. Uzaqgörənliyiniz, Vətənə sevginiz sayəsində Siz həmişə xalqın yanında oldunuz, həm maddi, həm də mənəvi dəstəyiniz nəticəsində ölkəni bu ağır vəziyyətdən çıxara bildiniz. Dünyanın ən inkişaf etmiş, qüdrətli hesab edilən dövlətləri bunu bacarmadılar. Cənab Prezident, belə bir çətin zamanda Azərbaycan xalqı öz liderinin - Sizin arxanızca getdi. Siz məhz uzaqgörən siyasətiniz, möhkəm iradəniz nəticəsində uğur qazana bildiniz. Ona görə Siz bizim üçün ən müdrik lider olaraq qalacaqsınız. Bu ağır günlərdə bir lider, bir dövlət başçısı olaraq xalqımıza dayaq durduğunuz, kömək göstərdiyiniz, bizi bu pandemiyadan xilas etdiyiniz üçün Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.

Kürdəmir rayonunun Sor-Şor kəndinin sakini Kərim Kərimov: “Hörmətli cənab İlham Əliyev, bu gün dünyanı iflic vəziyyətinə salan koronavirus pandemiyası bir çox ölkələrdə xof və qorxu yaradıb. Amma rayonumuzun sakinləri adından deyə biləm ki, məhz Sizin sayənizdə biz bu qorxunu yaşamırıq. Biz Sizə güvənirik, Sizə arxayınıq. Heç vaxt xalqını çətin vəziyyətdə qoymayan, ən sadə vətəndaşını düşünən və qayğısına qalan Prezidentimizə inanırıq. Siz ölkəmizin vətəndaşlarına daim həm maddi, həm də mənəvi dayaq olmusunuz. Ulu öndərimiz Heydər Əliyev də, Siz də daim xalqımızın xilaskarısınız. Sizin “Biz birlikdə güclüyük”, “Biz birlikdə qalib gələcəyik” çağırışlarınız bizim üçün çox əhəmiyyətlidir. Mən təqaüddə olan bir müəllim kimi pensiyaçılar adından Sizə və ailənizə dərin təşəkkürümü bildirirəm. Yaşasın, Azərbaycan! Yaşasın, bizim Prezidentimiz!”.

Bakı şəhərinin Nizami rayonunun sakini Nəriman Məmmədəliyev: “Hörmətli cənab Prezident, dünyada və Azərbaycanda baş verən hadisələri izlədikcə Sizə və rəhbərliyinizlə gecə-gündüz çalışan insanlara təşəkkür etmək istəyirəm. Bəşəriyyəti bürüyən bu virus özü ilə dünyaya iqtisadi çətinliklər də gətirdi. Yer kürəsinin hər yerində pandemiya səbəbindən yaranan iqtisadi və sosial çətinliklər ölkəmizdə demək olar ki, hiss olunmur. Çünki Siz həm bizim sağlamlığımızı qoruyur, həm də xalqımıza qayğı göstərir, heç bir çətinlik hiss etməyə imkan vermirsiniz. Sizin tapşırığınızla uğurlu işlər həyata keçirilir. Prezidentimizin, dövlətimizin hər an vətəndaşın yanında olması, onlara dəstək verməsi bizlərə böyük qürur hissi yaşadır. Sizə sonsuz təşəkkürümüzü bildiririk. Bayrağımız daim uca zirvələrdə dalğalansın”.

Sumqayıt şəhərindən Elvin Zöhrabov: “Hörmətli cənab Prezident, fəxarət hissi ilə söyləyə bilərik ki, cümlə-cahanın bu amansız xəstəliklə çarpışdığı bir dövrdə Siz xalqınızı unutmur, həssas təbəqədən olan vətəndaşlarımızı diqqətdə saxlayır və onların qayğısını çəkirsiniz. Ölkəmizin ilk dəfə pandemiya ilə mübarizədən Sizin sayənizdə minimum itki ilə çıxacağımıza əminik. Şübhəsiz ki, bu bəlaya birlikdə qalib gələcəyik. Azərbaycanımızın gələcəyinin gözəl olacağına əminik və inanırıq ki, o gözəl gələcəyi Sizin kimi müdrik siyasi xadim quracaq. Təşəkkür edirik Sizə, cənab Prezident”.

Xaçmaz rayonunun sakini Fərid Hacımirzəyev: “Möhtərəm cənab Prezident, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların sosial vəziyyətinin yaxşılaşılaşdırılması istiqamətində apardığınız siyasətə və ayırdığınız diqqətə görə Sizə təşəkkür edirəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı Sizin dəstəyinizi hiss edir. Azərbaycan Respublikasının Sizin rəhbərliyiniz altında apardığı daxili və xarici siyasət dövlətin və vətəndaşlarının birbaşa marağına xidmət göstərir. Qeyd etmək istəyirəm ki, Sizin verdiyiniz hər bir göstərişin arxasında Azərbaycan Respublikası vətəndaşının sosial rifahı dayanır. Son illər Sizin tapşırığınıza əsasən Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində addımlar atılır. İnanırıq ki, qısa bir müddət ərzində bu istiqamətdə də bizim çox böyük uğurlarımız olacaq. Sizin rəhbərliyiniz altında Azərbaycan bir çox sahələrdə idxalçı ölkədən ixracatçı ölkəyə çevrilmişdir. Bunun üçün Sizə təşəkkürümüzü bildirərək qeyd etmək istəyirik ki, Sizin arxanızda Azərbaycan Respublikasının hər bir vətəndaşı dayanır”.

Beyləqan şəhərindən şəhid atası Vidadi Hüseynov yazır: “Möhtərəm cənab Prezident, bildiyimiz kimi, bütün dünyada sərhəd tanımayan, böyüyü, kiçiyi amansızcasına cənginə almış koronavirus bəşəriyyəti sınaq qarşısında qoyub. Dünyanın inkişaf etmiş ölkələri belə təlatüm içində amansız xəstəlik ucbatından insanların ölümünü seyr edir. Bu acınacaqlı vəziyyətdə Sizin uzaqgörən siyasətiniz və humanist addımlarınız, operativ şəkildə gördüyünüz işlər, ölkədə hər bir sahəni düşünərək qəbul etdiyiniz düzgün qərarlar, xalqın sosial rifahının yaxşılaşdırılması məqsədilə ard-arda imzaladığınız sərəncamlar Azərbaycan xalqının Sizin üçün hər şeydən üstün olduğunu bir daha sübut etdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa bir ana kimi çağırışı ölkə əhalisində xəstəliyə qarşı mənəvi-psixoloji ruh yüksəkliyi yaratdı. Hər zaman xalqımıza dayaq olduğunuz üçün həm bir sahibkar kimi öz adımdan, həm də bütün beyləqanlılar adından Sizə təşəkkür edir, bu şərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gördüyünüz bütün işlərdə Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə və silahdaşınız Mehriban xanıma tükənməz müvəffəqiyyətlər arzulayıram. Allah Sizi və ailənizi qorusun!”.

Lənkəran şəhərinin sakini Elazə Məmmədova: “Hörmətli cənab Prezident, bu məktubu yazmaqda məqsədim Sizə səmimi qəlbdən gələn minnətdarlıq hisslərimi çatdırmaqdır. Lənkəran şəhərində 40 ildir fəaliyyət göstərən zəhmətkeş əczaçı kimi son vaxtlar ölkəmizdə baş verən hadisələrdə sizin çox böyük dəstəyinizi hiss etdim. Koronavirus pandemiyası dövründə şəxsən Sizin çıxışlarınızdan mənəvi güc alaraq fəaliyyətimi daha da həvəslə davam etdirdim. Qısa zaman ərzində xalqı zəruri tibbi ləvazimatlarla və avadanlıqlarla təmin etmək istiqamətindəki misilsiz fəaliyyətiniz ilə bizə çox böyük yardımçı oldunuz. Azərbaycanda istənilən sahədə qəbul etdiyiniz müdrik qərarlar sayəsində hazırda ölkəmiz pandemiya ilə mübarizədə digər ölkələrə nümunə göstərilir. Xalqın sosial rifah halının gücləndirilməsi üçün apardığınız düzgün və dəqiq siyasət nəticəsində bu gün hər bir Azərbaycan vətəndaşı Sizə ürəkdən təşəkkürünü bildirir. Bu fəaliyyətinizlə həqiqətən hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha qürurla nümayiş etdirirsiniz. Biz xalq olaraq çox şanslıyıq ki, Sizin kimi vətəndaşlarının qayğısına qalan sadə və səmimi dövlət başçımız var. İnanırıq ki, Sizin ətrafınızda sıx birləşib bütün çətinliklərdən qələbə ilə çıxacağıq. Həmişə var olun. Allah Sizi və ailənizi qorusun!”.

Cəlilabad rayonunundan İlhamə İskəndərova: “Hörmətli cənab Prezident, bu gün bütün dünyanı bürüyən, iflic vəziyyətinə salan koronavirus pandemiyası ilə mübarizədəyik. Bu mübarizədə infeksiyanın ölkəmizdə geniş yayılmaması üçün atdığınız məqsədyönlü addımları dəstəkləyirik. Xalqın rifahı naminə etdiyiniz bir çox güzəştlər, o cümlədən sosial ödənişlərin edilməsi, işsizlərə maddi yardımların güstərilməsi, işə çıxmadığımız halda biz müəllimlərin əməkhaqlarının verilməsi, ali və orta ixtisas tədris ocaqlarında təhsil alanların ödənişlərinin dövlət tərəfindən ödənilməsi, cəzaçəkmə müəssisələrindəki bir çox məhbusların əfv olunması təqdirəlayiqdir. Bu addımlarınız Sizin daim xalqımızın yanında olmağınızın bariz nümunəsidir. Həmçinin səhiyyə və polis işçilərinə göstərdiyiniz xüsusi diqqət ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Sizin uzaqgörənliyiniz sayəsində əvvəlcədən görülmüş, bu gün də davam etdirilən dezinfeksiya və bir çox qabaqlayıcı tədbirlər dünya ictimaiyyəti tərəfindən bəyənilmişdir. Bir müəllim olaraq ailəm adından Sizə və Birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Mən və mənim vətənpərvər ruhda tərbiyə etdiyim şagirdlərim Sizə güvənir. Cənab Prezident, biz Sizinlə birlikdə güclüyük”.

Gəncə şəhərindən Gülşən Bağırova: “Möhtərəm cənab Prezident, dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin müdrik və uzaqgörən siyasətinizlə ölkəmizdə koronovirusun yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atılıb. Dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Sizinlə qürur duyuruq”.

Gəncə şəhərinin daha bir sakini Tural İsaqov yazır: “Möhtərəm cənab Prezident, koronavirusa qarşı önləyici tədbirlər görən qabaqcıl ölkələrdən biri də Azərbaycandır. Sizin çağırışınıza böyük məsuliyyətlə yanaşaraq ölkə vətəndaşları virus təhlükəsinə qarşı həmrəylik nümayiş etdirirlər. Biz gəncəlilər yaxşı dərk edirik ki, bu təhlükəni yalnız Sizin rəhbərliyinizlə dövlətin atdığı addımlara dəstək verməklə aradan qaldırmaq olar. Koronavirusla mübarizədə göstərdiyiniz əzmkarlığa görə Sizə minnətdarlığımı bildirirəm. Tarixin min bir ağrı-acısına tab gətirən Azərbaycan xalqının koronavirusla mübarizədən də alnıaçıq və minimum itki ilə çıxacağına inanırıq. Biz birlikdə güclüyük”.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin sədri Adnan Nəcəfov: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə atdığınız müdrik addımlar, xalqa qayğıkeş münasibətiniz qürurvericidir. Yürütdüyünüz daxili və xarici siyasəti daim dəstəkləyirik. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin davamçısı olaraq uzaqgörən siyasətinizlə xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Sizin göstərişinizlə vətəndaşlarımızın qayğısına qalan dövlət orqanlarına öz dərin təşəkkürümü bildirirəm. Ulu Tanrıdan Sizi və ailənizi qorumağı arzu edirəm”.

Bakı şəhərinin sakini Ülkər Aslanova: “Möhtərəm cənab Prezident, bir vətəndaş kimi əminəm ki, xalqımız bu bəladan tezliklə və az itkilərlə xilas olacaq. Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar isə daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Birinci vitse-prezident Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Gədəbəy rayonunundan Eldar Məhərrəmov: “Hörmətli cənab Prezident, dünyada yayılmış koronovirus pandemiyası ilə mübarizə şəraitində Sizin işçilərin işdən azad olunmaması, ixtisara salınmaması, əməkhaqqının saxlanılması, işsizlərə 190 manat məbləğində vəsait ayrılması, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutulması və digər sosial müdafiə üzrə ciddi addımların atılması barədə qətiyyətli tapşırıqlarınız diqqət mərkəzindədir. Bütün bunlara görə, cənab Prezident, Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Siz xalqımızı minimum itki ilə böyük bəladan xilas edir, qoruyursunuz. Ulu Tanrı Sizi qorusun”!.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti