Naxçıvanda komanda-qərargah məşqi keçirildi - VİDEO

Naxçıvanda komanda-qərargah məşqi keçirildi -    VİDEO
  24 Aprel 2020    Oxunub:2425
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissə qərargahları cəlb edilməklə ikipilləli birgə komanda-qərargah məşqi keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, komanda-qərargah məşqində qərargah zabitlərinin vəzifə borclarını praktiki icra etməsinin, zabitlər arasında qarşılıqlı əvəzetmənin və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşmasının yoxlanılması məqsədi qarşıya qoyulub.

Müasir texniki vasitələr üzərindən sərəncamların çatdırılması, idarəetmənin müvəqqəti olaraq bir məntəqədən digərinə ötürülməsi və hərtərəfli təminatın təşkili üzrə qərargahların fəaliyyəti məşq etdirilib.



Azvision.az



Teqlər: MN  





Xəbər lenti