Misir Prezidentinin Azərbaycana səfəri gözlənilir - EKSKLÜZİV

 Misir Prezidentinin Azərbaycana səfəri gözlənilir -  EKSKLÜZİV
  24 Aprel 2020    Oxunub:4477
Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana rəsmi səfəri planlaşdırılır.
Bu barədə Azvision.az -a Misirin Azərbaycandakı səfiri Abdel İbrahim məlumat verib. Onun sözlərinə görə, səfər cari ilin ikinci yarısında nəzərdə tutulub.

Səfir Misir Prezidentinin Azərbaycana ilk səfəri olduğu üçün bunun böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Diplomat əlavə edib ki, səfərin vaxtına dair qərar koronavirusla bağlı vəziyyətə uyğun olaraq veriləcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Misir   Sisi   Səfər  





Xəbər lenti