Ombudsman problemlərdən danışdı, təkliflər verdi

 Ombudsman problemlərdən danışdı, təkliflər verdi
  24 Aprel 2020    Oxunub:2578
“Ötən il insan hüquqlarının etibarlı və səmərəli müdafiəsi baxımından uğurlu olub”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini (2019-cu il) təqdim edərkən bildirib.

Ombudsman bildirib ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar nəzərə alınaraq, pulsuz dərman siyahıları yenidən nəzərdən keçirilməlidir:

“Araşdırmalar göstərir ki, məktəbəqədər təhsil müəssisələrində yerlər yetərincə deyil. Məktəbəqədər hazırlığa getməyən uşaqların birinci sinfə qəbuluna mane yaradılmasa da, bu sahədə problemlər var. Respublikanın müxtəlif şəhər və rayonlarında çoxsaylı məktəb tikilib. Bununla yanaşı, hazırda həm paytaxtda, xüsusən bölgələrdə, kəndlərdə bəzi məktəblər təhsil üçün yararsızdır. İstilik təchizatındakı problemlər də uşaqların səhhətinə mənfi təsir göstərir”.

S. Əliyeva Bakıda sənədsiz evlər, o cümlədən yeni tikilən binalarda kommunal xidmətlərlə bağlı problemlərə də toxunub: “Hər hansı tikilinin qanunsuz olması yalnız məhkəmə qərarı ilə müəyyənləşə bilər. Vətəndaşa məxsus tikilinin, o cümlədən torpağın qanunsuz alınması yolverilməzdir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti