Ombudsman Aparatı koronavirusla bağlı monitorinqlər aparıb

Ombudsman Aparatı koronavirusla bağlı monitorinqlər aparıb
  24 Aprel 2020    Oxunub:1906
Ombudsman Aparatı ölkəmizdə koronavirusla bağlı görülən tədbirləri dəstəkləyir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik məruzəsini təqdim edən Ombudsman Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, koronavirsula bağlı monitorinqlər aparılıb, əhaliyə çağırışlar edilib: “Xüsusi karantin rejimi ilə bağlı təklif və tövsiyələr verilib. Aztəminatlı ailələrə dəstək göstərilib”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər:





Xəbər lenti