Milli Məclisin gündəliyi dəyişdi - YENİLƏNİB

 Milli Məclisin gündəliyi dəyişdi -  YENİLƏNİB
  24 Aprel 2020    Oxunub:2458
Milli Məclisin bugünkü iclasının gündəliyində dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” qanun layihəsinə dəyişiklik gündəlikdən çıxarılıb. Bu gün 27 məsələ müzakirə olunacaq.

***
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Azvision.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 28 məsələ daxil edilib.

İclasda ilk oaraq Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə il üzrə hesabatı dinləniləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti