"Virtual xidmət mərkəzi" yaradılacaq

 "Virtual xidmət mərkəzi" yaradılacaq
  23 Aprel 2020    Oxunub:2803
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə "2Win-Virtual xidmət mərkəzi" platforması yaradılacaq.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, "Virtual xidmət mərkəzi" vətəndaşlara olduqları yeri tərk etmədən platformada təqdim olunan xidmətlərdən yararlanmağa imkan verəcək. İstifadəçilər mərkəzdə yararlanmaq istədikləri xidmət otağına daxil ola biləcəklər.

Təyinatı üzrə otağa daxil olacaq istifadəçilər uyğun olaraq hüquqşünas, psixoloq, həkim və s. xidmətlərdən yararlana, müxtəlif proseslərdə virtual olaraq iştirak edə biləcəklər.

Həmçinin platforma vasitəsi ilə vətəndaşlara şəxsi biznes və özünəməşğulluq imkanları yaradılmaqla virtual biznes inkubatoru vasitəsi ilə dəstək göstəriləcək.

Layihənin məqsədi koronavirus pandemiyası və sonrakı dövrdə birbaşa təması minimuma endirmək, istifadəçilərin olduqları yeri tərk etmədən zəruri xidmətlərdən ən qısa zaman çərçivəsində, operativ yararlanmalarını təmin etməkdir.

Azvision.az


Teqlər: Virtual-xidmət   Mərkəz  





Xəbər lenti