Nazirlik "Mənim Qəhrəmanım" aksiyasına başlayır

Nazirlik "Mənim Qəhrəmanım" aksiyasına başlayır
  23 Aprel 2020    Oxunub:2871
Gənclər və İdman Nazirliyi aprelin 26-dan "Mənim Qəhrəmanım" adlı onlayn vətənpərvərlik aksiyasına başlayacaq.
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın Azvision.az -a verdiyi məlumata görə iyunun 26-dək davam edəcək aksiyaya qoşulmaq istəyən gənclər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və şücaət göstərmiş, eləcə də, II Dünya Müharibəsinin iştirakçısı olan doğmalarının timsalında qəhrəmanlar haqqında qısa məlumatı şəkillə birlikdə sosial şəbəkələrdə paylaşmalıdırlar.

Məlumat 1 nəfər haqqında olmalıdır və buraya onun doğum və ölüm tarixləri, təltifləri, iştirak etdiyi döyüşləri daxil edilməlidir.

Qeyd edək ki, hər bir məlumat “O, Mənim Qəhrəmanımdır” sözləri ilə bitməlidir.

Layihə Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2-ci (Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi) yarımbəndinin icrasının təmin edilməsi məqsədi və Faşizm üzərində Qələbənin 75 illiyini nəzərə alaraq gerçəkləşdirilir.



Azvision.az


Teqlər: Gənclər   İdman   Nazirlik  





Xəbər lenti