DİN Bakıdakı qəza ilə bağlı məlumat yaydı

DİN Bakıdakı qəza ilə bağlı məlumat yaydı
  23 Aprel 2020    Oxunub:2741
Aprelin 22-də saat 7 radələrində paytaxtın Nizami rayonu B.Çobanzadə küçəsində Bakı şəhər sakinləri Orxan İbrahimovun idarə etdiyi “VAZ-2106” və E.Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, nəticədə O.İbrahimov və sərnişinlərindən Məzahir Əhmədov hadisə yerində ölüb, digər sərnişinləri, habelə E.Məmmədov xəstəxanaya yerləşdiriliblər.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Qəza  





Xəbər lenti