Ombudsmanın illik hesabatı ilə bağlı dinləmələr keçirildi

  Ombudsmanın illik hesabatı ilə bağlı dinləmələr keçirildi
  21 Aprel 2020    Oxunub:2547
Aprelin 21-də Milli Məclisin İnsan Hüquqları komitəsində Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı ilə bağlı dinləmələr keçirilib.
Azvision.az xəbər verir ki, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc illik məruzədə ombudsmanın insan hüquqları sahəsindəki fəaliyyətinin tam əks etdirildiyini bildirib.

Sonra Ombudsman aparatının rəhbəri Aydın Səfixanov məruzəni təqdim edib.

O qeyd edib ki, il ərzində insan hüquqları üzrə müvəkkilə 25 min 500 müraciət daxil olub ki, bu da ötən dövrlə müqayisədə 25 faiz çoxdur. Vətəndaşlar müraciətlərini elektron poçt, poçt xidməti və sosial şəbəkələr vasitəsi ilə ediblər. Bundan başqa Prezidentin tövsiyəsi əsasında vətəndaşların operativ müraciət etmələri üçün vahid xətt sistemi formalaşdırılır.

Daha sonra deputatlar və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri hesabata təklif və tövsiyələrini bildiriblər.

Müzakirələrdən sonra məruzə parlamentin plenar iclasına tövsiyə olunub.

Sonra komitə üzvləri “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsini ikinci oxunuşda müzakirə ediblər. Bu qanun layihəsi də plenar iclasa tövsiyə edilib.

Azvision.az


Teqlər: Milli-Məclis   Ombudsman  





Xəbər lenti