Parlamentin komitəsi onlayn iclas keçirib

Parlamentin komitəsi onlayn iclas keçirib
  20 Aprel 2020    Oxunub:4043
Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, komitənin sədri Hicran Hüseynova iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib.

Bildirilib ki, qanunlara edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi daşıyır.

Komitə üzvləri - Jalə Əliyeva, Rauf Əliyev, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Sevil Mikayılova, Nigar Arpadarai, Ramin Məmmədov, Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə gündəlikdə olan məsələlər barədə fikirlərini bölüşüblər.

Deputatlar Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrini müzakirə edərək ikinci oxunuşda qəbul ediblər.

Azvision.az


Teqlər: Parlament  





Xəbər lenti