230 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib
Bununla da 230 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.
Birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra onların telefon nömrəsinə bu barədə SMS göndərilir. İşsiz şəxslər bu mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.
Ödənişlər qarşıdakı günlərdə də davam edəcək.
Azvision.az