Azərbaycanda atmosferə atılan zəhərli maddələrin miqdarı azalıb

Azərbaycanda atmosferə atılan zəhərli maddələrin miqdarı azalıb
  18 Aprel 2020    Oxunub:2531
“Xüsusi karantin şəraiti ilə əlaqədar Azərbaycanda əksər istehsal sahələrinin dayandırılması ekoloji baxımdan ətraf mühitə öz müsbət təsirini göstərib. Stasionar və qeyri stasionar mənbələrdən olan tullantıların kəskin azalması nəticəsində atmosferə atılan zəhərli maddələrin miqdarı hiss olunacaq dərəcədə azalıb”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası, Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda adi qaydada avtomobillər tərəfindən bir il ərzində 1 milyon 279 min tona qədər benzin istehlak olunurdu:

“Təsəvvür etsək ki, indiki halda şəhər, rayon avtomobillərinin hətta 50 % işləməsə belə, artıq atmosferə atılan tonlarla karbon və azot oksidləri, aldehitlər, hiss, qurum və s. kimi zəhərli maddələrin miqdarı yarıbayarı azalmış olar və atmosferdə təmzilik getmiş olar. Bundan əlavə, ölkədə ağır yük maşımları il ərzində 827 min ton dizel yanacğından istifadə edirdilər ki, bunlarda benzindən fərqli olaraq hiss və qurumun miqdarı daha artıqdır. Sərhədlərin müvəqqəti bağlanması nəticəsində xariclə işləyən və ağır yük daşıyan əksər maşınların fəaliyyətinin dayandırılması atmosferin təmizlənməsində öz müsbət rolunu oynayır.

O, qeyd edib ki, karantin dövründə atmosferə atılan zəhərli maddələrin miqdarı azalıb, havanın nisbətən təmizlənməsi insan sağlamlığına müsbət təsirini göstərib, orqanizmdə immunitetin güclənməsinə səbəb olub.

Azvision.az



Teqlər: Karantin   Atmosfer  





Xəbər lenti