İran bu dəfə tuta bilmədi

 İran bu dəfə tuta bilmədi
  15 Mart 2013    Oxunub:1778
İran Hərbi Hava Qüvvələri amerikanın pilotsuz təyyarəsini ələ keçirməyə cəhd edib.
İran Hərbi Hava Qüvvələri Fars körfəzinin neytral suları üzərində uçan amerikanın pilotsuz təyyarəsini ələ keçirməyə cəhd edib. Bu barədə Pentaqon məlumat yayıb.

“İran hava qüvvələrinin pilotsuz təyyarə üzərinə hücumu heç bir nəticə verməyib. Birləşmiş Ştatların iki başqa təyyarəsi köməyə gəlib və İran qırıcısı öz ölkəsinin hava məkanına çəkilməyə məcbur olub.”

Xatırladaq ki, son bir neçə ay ərzində Tehran ABŞ-ın bir neçə pilotsuz təyyarəsini ələ keçirdiyini bəyan edib.

AzVision


Teqlər:  





Xəbər lenti