Siyavuş Novruzov: “50 hektar torpağı var, amma işsiz sayılır”

    Siyavuş Novruzov:    “50 hektar torpağı var, amma işsiz sayılır”
  17 Aprel 2020    Oxunub:3101
“Bizdə belə anlayış var ki, əmək haqqı cədvəlinə qol çəkmirsə, işsiz sayılır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, cəmiyyətdə sovet dövründən qalma yanaşma var: “İnsan var ki, 30 hektar, 50 hektar torpaq sahəsi var, işsiz sayılır. Biz partiya üzvlərini araşdıranda məlum oldu ki, yarıdan çoxu işsizdir. Belə təsəvvür yaranıb ki, adam səhər işə gedib, axşam evə gəlmirsə, maaş cədvəlinə qol çəkmirsə, o, işsiz sayılır. Bu gün dövlətin ayırdığı yardımla bağlı ardıcıl müraciət edənlər digərlərinin yolunu bağlamasınlar”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti