“İdarəetmədə təkmilləşmə göz qabağındadır” - Sahibə Qafarova

   “İdarəetmədə təkmilləşmə göz qabağındadır” -    Sahibə Qafarova
  17 Aprel 2020    Oxunub:2235
“Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirildi. Bu müşavirə bir çox vacib məqamları ilə diqqəti cəlb edir. Möhtərəm Prezidentimiz özünün dərin məzmunlu nitqində ölkə iqtisadiyyatının vəziyyətini və inkişaf perspektivlərini ətraflı təhlil etdi. Məmnunluqla qeyd olunmalıdır ki, birinci rübün göstəricilərinə görə ölkə iqtisadiyyatının əldə etdiyi nəticələr bütövlükdə müsbətdir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib. O bildirib ki, dünyanın bütün ölkələrində yaşanan koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib və sosial-iqtisadi həyatımıza mənfi təsir göstərməkdə davam edir:

“Amma mən əminəm ki, həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət həm insanlarımızın sağlamlığını qorumağa, həm də iqtisadiyyatımıza dəyən ziyanın sürətlə aradan qaldırılmasına imkan verəcəkdir”.

Spiker qeyd edib ki, Prezident öz çıxışında ölkədə struktur islahatlarının davam etdirilməsi məsələlərinə də toxundu, icra orqanlarında, parlamentdə aparılan kadr dəyişikliklərini qeyd etdi: “Dövlət başçısı belə bir fikri də ifadə etdi ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır”.

Azvision.az


Teqlər: SahibəQafarova  





Xəbər lenti