Ağdaşda velosipedlə yürüşə çıxanlar saxlanıldı

Ağdaşda velosipedlə yürüşə çıxanlar saxlanıldı
  17 Aprel 2020    Oxunub:1907
Ağdaşda velosipedlə yürüşə çıxan gənclər barəsində qanunauyğun tədbirlər görülüb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan zaman bir qrup gəncin Ağdaş şəhərindən Ləki kəndi istiqamətində velosipedlə yürüşə çıxdıqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin 17 nəfər gənc saxlanılıb və yoxlanılan zaman heç bir icazələrinin olmadığı məlum olub. Onlar rayon polis şöbəsinə dəvət edilib və barələrində qanunauyğun müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: DİN   Ağdaş  





Xəbər lenti