İmişli sakini təbiətə 2800 manat ziyan vurub

İmişli sakini təbiətə 2800 manat ziyan vurub
  16 Aprel 2020    Oxunub:1721
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) İmişli rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.
ETSN-dən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı İmişli rayonu, Məmmədli kəndi ərazisində, “Həyat” kəndli fermer təsərrüfatına aid torpaq sahəsində ağac və kolların kəsildiyi, təbiətə 2800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı təsərrüfatın direktoru Siyasət Şirinov barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər İmişli rayon Prokurorluğuna göndərilib.

Azvision.az



Teqlər: ESTN   Təbiət   Ziyan  





Xəbər lenti