Ermənistan ordusunda böyük itki: 16 hərbçi öldü

  Ermənistan ordusunda böyük itki:    16 hərbçi öldü
  16 Aprel 2020    Oxunub:27799
Helsinki Vətəndaş Assambleyasının Vanadzordakı ofisi 2020-ci ilin birinci rübündə Ermənistan ordusundakı itkilərlə bağlı məlumat yayıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan ordusu və işğal altında olan Dağlıq Qarabağdakı qanunsuz hərbi birləşmə bu ilin ilk 3 ayında 16 itki verib.

Ölüm hallarının 5-i intihar, 5-i bədbəxt hadisə, 4-ü sağlamlıq problemləri, 1-i atəşkəsin pozulması, 1-i isə avtomobil qəzası nəticəsində baş verib.

Ermənistan tərəfinin yaydığı rəsmi məlumatlarda 12 itkinin olduğu açıqlanıb. Helsinki ofisi bəyan edib ki, 4 məlumatın 3-nü KİV-dən, 1-ni isə prokurorluqdan əldə edib. Ölənlərdən 5-i əsgər, 7-si MAXE, 4-ü isə zabitdir.

2019-cu ilin eyni dövrü ilə müqayisədə itkilər çoxdur. Ötən ilin 3 ayında 13 ölüm faktı qeydə alınıb.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Ermənistan   Qarabağ   Əsgər   Hərbçi  





Xəbər lenti