Bakıda tələbə qız bədbəxt hadisə nəticəsində ölüb

Bakıda tələbə qız bədbəxt hadisə nəticəsində ölüb
  16 Aprel 2020    Oxunub:4024
Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Nilgün Məhərrəmova bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bu barədə Azvision.az -a təhsil BANM-dan məlumat verilib.

Bildirilib ki, N.Məhərrəmova təhsil aldığı müddətdə nizam-intizamlı tələbələrdən olub, müəllim və tələbə yoldaşlarının hörmət və ehtiramını qazanıb.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı ehtiyatsızlıq nəticəsində yaşadığı evin eyvanından yıxılıb. O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Azvision.az



Teqlər: Tələbə   Qız   BANM  





Xəbər lenti