Heydər Əliyev Mərkəzindən Avropa İttifaqı ölkələrinə həmrəylik mesajı - VİDEO

   Heydər Əliyev Mərkəzindən Avropa İttifaqı ölkələrinə həmrəylik mesajı -  VİDEO
  16 Aprel 2020    Oxunub:5307
Aprelin 15-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Avropa İttifaqının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş olunub.
Bu barədə Azvision.az -a Mərkəzdən məlumat verilib.



Qeyd edək ki, aprelin 3-dən başlayaraq zərərçəkən dövlətlərin bayraqları həmin ölkələrin musiqisinin müşayiəti ilə hər gün mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ və Gürcüstanın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

Azvision.az


Teqlər: HeydərƏliyevMərkəzi   Avropaİttifaqı  





Xəbər lenti