Bakıya maşının “baqaj”ında gələn şəxs saxlanıldı

   Bakıya maşının “baqaj”ında gələn şəxs saxlanıldı
  15 Aprel 2020    Oxunub:3720
Xüsusi karantin rejiminin pozulması hallarından biri də 15.04.2020-ci il saat 04:20-də Bakı-Şamaxı avtomobil yolunun 31-ci kilometrliyində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Azvision.az -a verilən məlumata görə, Bakı şəhər sakini Bəhərçinov Şamxal Əli oğlu etibarnamə əsasında idarə etdiyi “Ford Focus” markalı 99-CJ-345 dövlət qeydiyyat nişanlı minik avtomobilinin baqaj hissəsində Şəki rayon sakini Ağakişiyev İbrahim Cumalı oğlunu polis keçid postundan paytaxt istiqamətinə keçirmək istəyərkən Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Azvision.az


Teqlər: Karantin   Maşın   Baqaj  





Xəbər lenti