Bakıda bir gündə 4 nəfər etil spirtindən zəhərləndi

 Bakıda bir gündə 4 nəfər etil spirtindən zəhərləndi
  14 Aprel 2020    Oxunub:3154
Bu gün dörd nəfər etil spirtindən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub. Onlardan ikisi qəbul olunub, ikisi isə məsləhət verilərək evə yola salınıb.
Bunu Azvision.az -a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov deyib. Onun sözlərinə görə, şöbədə qalan xəstələrin vəziyyəti stabildir, bu gün axşam evlərinə yola salınacaq.

A.Maqsudov etil spirtindən zəhərlənmə ilə bağlı bu günə qədər 14 nəfərin müraciət etdiyini deyib. O qeyd edib ki, müraciət edənlərdən 9 nəfəri dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Spirt   Zəhərlənmə  





Xəbər lenti