Türkiyədə 6 azərbaycanlı koronavirusa yoluxdu

 Türkiyədə 6 azərbaycanlı koronavirusa yoluxdu
  14 Aprel 2020    Oxunub:3126
Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlanıb.
Azvision.az -ın məlumatına görə, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim REAL TV-yə bildirib ki, qardaş ölkədə 6 azərbaycanlıya “COVİD-19” diaqnozu qoyulub.

Səfir deyib ki, koronavirusa yoluxan həmyerlilərimizin vəziyyəti yaxşıdır. “COVİD-19”a yoluxan azərbaycanlılar 20-50 yaş qrupundan olan şəxslərdir.

Bundan əlavə, diplomat Türkiyənin müxtəlif şəhərlərində yaşayan 8000-dən çox azərbaycanlıya yardım edildiyini və yardımların bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Səfir  





Xəbər lenti