Azərbaycanda alternativ cərimə növü tətbiq ediləcək

Azərbaycanda alternativ cərimə növü tətbiq ediləcək
  13 Aprel 2020    Oxunub:4329
Azərbaycanda alternativ cərimə növü müəyyən edilir.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı Milli Məclisə təqdim edilən layihədə qeyd olunub.

Belə ki, hazırda cərimə 2 üsulla müəyyən edilib. Birincisi 20 min manatadək cərimə və ikincisi isə cinayət nəticəsində dəymiş ziyanın 1 mislindən 10 mislinədək miqdarda cərimə.

Deputat Kamal Cəfərov bildirib ki, bu, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dekriminallaşdırma siyasətinin səmərəli icrasına imkan vermirdi: "Belə ki, dekriminallaşdırma siyasəti nəticəsində mülkiyyət əleyhinə və iqtisadi cinayətlər sahəsində zərəçəkmişlə barışan və dəymiş ziyanı tamamilə ödəyən şəxs eyni zamanda dəymiş ziyanın 1 mislindən 10 mislinədək dövlətə ödəniş etməliydi.

İndi alternativ cərimə təklif edilir, alternativ cərimə dəymiş ziyanın 100 faiz məbləğindədir. Məsələn, mülkiyyət əleyhinə olan bir sıra cinayətlərdə məsuliyyətdən azad edilməyin 3 tələbi var idi. Birincisi barışıq, ikincisi dəymiş ziyanı tamamilə ödəmək, üçüncü tələb isə dəymiş ziyanın 1 misli miqdarında dövlətə büdcəsinə ödəniş. İndi 3-cü tələb dəymiş ziyanın 100 faizi deyil, 25 faiz miqdarında müəyyən edilir".

Azvision.az


Teqlər:





Xəbər lenti