Azərbaycanda həbs daha liberal cəza növləri ilə əvəzlənəcək

 Azərbaycanda həbs daha liberal cəza növləri ilə əvəzlənəcək
  13 Aprel 2020    Oxunub:3475
Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasının 3 növü var. Onlardan ən ağırı olan qalan hissəni çəkmək üçün müvafiq müəssisəyə göndərilməsi müddəası ləğv edilir.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Prezident İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı Milli Məclisə təqdim edilən layihədə öz əksini tapıb.

Deputat Kamal Cəfərov bildirib ki, hazırda azadlıqdan məhrumetmənin azadlıqdan məhdudlaşdırmaya, islah işlərinə, ictimai işlərə konvertasiyası mümkündür: "Lakin təcrübədə azadlıqdan məhdudlaşdırmanın islah işlərinə və ictimai işlərə konvertasiyası zərurəti yarandıqda, bunun hüquqi əsası yox idi. Bu da təcrübədə müəyyən problemlər yaradırdı. Hazırda belə bir konvertasiya imkanı müəyyən edilir. Bu da imkan verir ki, ümumiyyətlə azadlığın məhdudlaşırılma daha liberal cəza növləri ilə əvəz edilsin".

Azvision.az


Teqlər: İlham-Əliyev   Milli-Məclis  





Xəbər lenti