47 min nəfərin icazəsi ləğv edilib

 47 min nəfərin icazəsi ləğv edilib
  11 Aprel 2020    Oxunub:2026
Müşahidələr və faktlar göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, aprelin 8-də bir sutka ərzində 3073 xüsusi karantin rejimi (XKR) pozuntusu qeydə alınıb:

“Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün - aprelin 11-də isə artıq 1 sutka ərzində XKR qaydalarının pozuntusu 3 810-a yüksəlib. icazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv edilib”.

Azvision.az


Teqlər: İcazə   Nazirlər-Kabineti  





Xəbər lenti