Əlilliyi olan şəxslərə 7315 reabilitasiya vasitəsi verilib

Əlilliyi olan şəxslərə 7315 reabilitasiya vasitəsi verilib
  10 Aprel 2020    Oxunub:2063
Cari ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 2457 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, onlardan 377 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Yanvar-mart aylarında Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 183 əlil arabası, 303 aşağı və yuxarı ətraf, habelə döş protezi, 367 aşağı və yuxarı ətraf ortezi, 2559 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 70 korset, 607 cüt protez ayaqqabı verilib.

Həmçinin əlilliyi olan şəxslər 746 cüt ortopedik ayaqqabı, 70 dördayaqlı dayaq vasitəsi, 808 qoltuqaltı və dirsəkaltı ağac, 918 ədəd əsa və s. ilə təmin ediliblər.

Bir çox əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə evlərində təminatı işləri də son üç ayda davam etdirilib. Xüsusilə mart ayında bu işlər sürətləndirilib və xüsusi karantin rejimi çərçivəsində sosial izolyasiya tədbirləri ilə əlaqədar #evdəqal çağırışına dəstək olaraq əlilliyi olan şəxslərə həmin vasitələr evlərinə aparılıb verilib.

Ümumilikdə, 2020-cu ilin birinci rübündə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 7315 reabilitasiya vasitəsi verilib.

Azvision.az



Teqlər: ƏƏSMN   Əlil  





Xəbər lenti