“Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır” - Zaxarova

  “Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır” -    Zaxarova
  10 Aprel 2020    Oxunub:3885
Rəsmi Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib.

“Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Dağlıq Qarabağın statusu siyasi danışıqlar yolu ilə müəyyən edilməlidir və ATƏT-in Minsk qrupu problemin kompleks həlli ilə məşğuldur. Hesab edirik ki, nizamlanma prosesinin gedişi adıçəkilən tədbirdən hər hansı dərəcədə asılı deyil”, - deyə Rusiya XİN rəsmisi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”lə bağlı suala cavabında bildirib.

Azvision.az



Teqlər: Rusiya   XİN   Zaxarova  





Xəbər lenti