“İşsizlərə təkcə 190 manat ödənilmir” - Hökumətdən açıqlama

  08 Aprel 2020    Oxunub : 2517
 “İşsizlərə təkcə 190 manat ödənilmir” - Hökumətdən açıqlama
İnsanlar yaxşı olardı ki, nağdsız ödənişlərdən istifadə etsinlər. 65 yaşdan yuxarı insanlar tənhadırsa, sosial xidmətçilər ayrılır və onların kartından pul çəkilməsinə kömək edilir.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Kreditlərlə bağlı güzəştə gəlincə, hökumət sözçüsü bildirib ki, kreditlər işsiz adamlara verilmir, işləyən adamlara verilir.

“Tədbirlər Planında kiçik və orta sahibkarlara yardım nəzərdə tutulur. Muzdla çalışan işçilərin əmək haqqı fonduna da kiçik dəstək nəzərdə tutulur. Bu da banka borcu olanlara sosial dəstək deməkdir. İşsizlərə təkcə 190 manat ödənilmir, onların övladları ödənişli təhsil alırsa, dəstək göstəriləcək.

Dövlət real sektorun kreditləşməsini dəstəkləyir. Burada sosial müdafiə və liberal yanaşma var. Dövlət çalışır ki, sahibkara, şirkətlərə dəstək göstərsin və iqtisadiyyat genişləsin".

Aytən Zəhra
Azvision.az

Teqlər: Nazirlər-Kabineti