TƏBİB sədri donorlara müraciət etdi

  08 Aprel 2020    Oxunub : 1211
TƏBİB sədri donorlara müraciət etdi
Bu gün bizim qan ehtiyatımız var. Amma donorların sayında azalma olduğu üçün bundan narahatıq.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, irəlidə ciddi sıxıntılar yaşanıla bilər: “Qan verə biləcək insanların təhlükəsizliyi üçün Mərkəzi Qan Bankında və regional filiallarda bütün tədbirlər görülüb və hər hansı infeksiya ilə üz-üzə qalmayacaqlar. Vətəndaşlara, donorlara müraciət etmək istəyirəm ki, humanist addımları atsınlar”.

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB   Qan