“ÜST Azərbaycanın apardığı mübarizəni yüksək qiymətləndirir”

 “ÜST Azərbaycanın apardığı mübarizəni yüksək qiymətləndirir”
  08 Aprel 2020    Oxunub:2605
"Azərbaycan Respublikası koronavirus xəstəliyinə qarşı mübarizədə beynəlxalq səyləri yaxından dəstəkləyir. Azərbaycanın siyasətində çoxtərəfli diplomatiya, qlobal həmrəylik və qlobal əməkdaşlıq vacib prinsipial mövqedir. Qlobal fövqəladə şəraitdə də Azərbaycan Respublikası öz xarici siyasətinin bu təməl prinsipindən çıxış edərək beynəlxalq münasibətlərdə əməkdaşlığı və həmrəyliyi dəstəkləyir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi xatırladıb ki, 2 aprel tarixində BMT Baş Assambleyasında koronavirus xəstəliyinə qarşı "Qlobal Həmrəylik" adlı qətnamə layihəsi irəli sürülüb: "Azərbaycan Respublikası qətnaməyə həmmüəllif kimi qoşulub və bu da Azərbaycanın beynəlxalq səviyyədə səylərə və bu bəlaya qarşı qlobal həmrəyliyə sadiq olduğunun daha bir bariz nümunəsidir. Bundan başqa, koronavirus xəstəliyi ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatı ilə çox səmərəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq keyfiyyətcə yeni bir müstəviyə qədəm qoyub. Təşkilat virusla mübarizədə Azərbaycanın apardığı mübarizəni yüksək qiymətləndirir".

Kənan Məmmədov
Azvision.az


Teqlər: Himət-Hacıyev   Koronavirus  





Xəbər lenti