Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır

  08 Aprel 2020    Oxunub : 1617
 Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə snayperlərin hazırlığı yoxlanılır.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, snayper qrupları böyük məsafələrə yürüş, əlverişli mövqelərin tutulması, mövqelərin maskalanması, ərazi kəşfinin aparılması, yanlış snayper mövqelərinin qurulması, müxtəlif məsafələrdəki hədəflərə fərdi və qrup halında atışlar icra edirlər.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi   Snayper