ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər - VİDEO
08 Aprel 2020
Oxunub:4192
ASAN könüllüləri martın 16-dan etibarən "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi ilə birlikdə Heydər Əliyev Beynəlxalq Hava Limanında vətəndaşlarımıza xidmət göstəriblər.
Azvision.az xəbər verir ki, könüllülər xaricdən gələn vətəndaşlarımızın qarşılanması, axının tənzimlənməsi, məlumatladırma, tibbi ehtiyaclar ( su, əlcək, maska) ilə təmin olunma və s. kimi işləri görüblər.
Könüllülər zəruri tibbi mühafizə geyimləri və vasitələri ilə təmin olunublar.