“Sosial ödənişlərdə hər hansı çətinlik olmayacaq” - RƏSMİ

  07 Aprel 2020    Oxunub : 1940
 “Sosial ödənişlərdə hər hansı çətinlik olmayacaq” - RƏSMİ
Ötən il Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması, xərclərinin optimallaşdırılması, saxta pensiya və əlillik işlərinin ləğvi nəticəsində 200 milyon manatlıq ehtiyat yaranmışdı. Bu ehtiyat sosial ödənişlərin dayanıqlılığına yönəldiləcək.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar aprel və may aylarında sığorta haqlarının yığımında azalmalar olacaq.

“Bu obyektiv səbəblərdən irəli gəlir. Azalmalar bizim 2019-cu ildə yığılmış “ehtiyat yastığımız”la kompensasiya olunacaq. Vətəndaşların sosial ödənişlərində hər hansı çətinlik olmayacaq. Mart ayında 2 milyon 300 mindən çox insana 500 milyon manatdan artıq ödənişlər Dövlət Sosial Müdafiəsi Fondunun vəsaitləri hesabına vaxtından əvvəl icra olunub. Aprel ayında da belə olacaq. Artıq sabahdan etibarən ödənişlərə başlanılacaq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Sahil-Babayev