Evdən çıxmaq üçün 2 milyon 289 min SMS göndərilib

   Evdən çıxmaq üçün 2 milyon 289 min SMS göndərilib
  07 Aprel 2020    Oxunub:2435
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 901 min telefon nömrəsindən 2 milyon 289 min SMS göndərilib.
Bu barədə Azvision.az -a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, SMS-lərdən təqribən 1 milyon 219 mini, yəni 53 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 98 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

Qeyd edək ki, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir.

Azvision.az



Teqlər:





Xəbər lenti