7 saylı cəzaçəkmə müəssisəsindən 6 nəfər azadlığa buraxıldı

7 saylı cəzaçəkmə müəssisəsindən 6 nəfər azadlığa buraxıldı
  07 Aprel 2020    Oxunub:3789
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 6 məhkum azadlığa buraxılıb.
Azvision.az -ın məlumatına görə, müəssisədən azadlığa buraxılan ən yaşlı məhkum 1945-ci il təvəllüdlüdür.

Digər məhkumlardan 2 nəfər 1952-ci il, 1 nəfər 1953-cü il, 1 nəfər 1954-cü il, 1 nəfər isə 1955-ci il təvəllüdlüdür.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Azvision.az


Teqlər: Məhkum   Azadlıq  





Xəbər lenti