8103-ə "2" kodunu gündə bir dəfə göndərmək olar

  8103-ə "2" kodunu gündə bir dəfə göndərmək olar
  07 Aprel 2020    Oxunub:30900
"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir.
Vətəndaşlar evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər.

Azvision.az Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən 8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən sualların cavablarını təqdim edir:

- 8103 qısa nömrəsinə SMS göndərdikdən sonra vətəndaşın avtomobili üçün də icazə almasına ehtiyac yoxdur. Müvafiq zəruri hala əsasən müraciəti təsdiqlənən şəxslərin qeyd olunan müddət ərzində şəxsi və ya etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətinə icazə verilir.

- Vətəndaşlar SMS göndərdikdən sonra 1 saat ərzində müraciətlərinə cavab gəlməzsə, o zaman onlara "ASAN xidmət" in 9108 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlamaları tövsiyə olunur.

- 8103 SMS icazə sisteminə "2" kodu ilə əlaqədar gün ərzində 1 dəfə SMS göndərilməsi mümkündür. Digər kodların göndərilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb.

- Azərbaycan Respublikasının vətəndaşları üçün müvafiq icazə kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn 2 AZE11111111 və ya 2 AA1111111) yazılıb 8103 qısa nömrəsinə SMS-lə göndərilməlidir.

- Məişət tullantısını atmağa getmək üçün icazə alınmasına ehtiyac yoxdur. Vətəndaş məişət tullantısını atıb geri qayıtmalıdır.

- Vətəndaş evdən çıxmasına dair SMS icazə sistemi vasitəsilə icazə verilən müddətdən gün ərzində yalnız bir dəfə istifadə edilə bilər.

Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti