Türkiyədə koronavirusdan ölənlərin sayı 649 nəfərə çatdı

  06 Aprel 2020    Oxunub : 2345
 Türkiyədə koronavirusdan ölənlərin sayı 649 nəfərə çatdı
Türkiyədə son sutka ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 3148 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 649, yoluxanlar isə 30 217 nəfərə çatıb.



Azvision.az

Teqlər: Türkiyə   Koronavirus