Ölkədə koronavirusa yoluxanların sayı 641-ə çatdı - RƏSMİ

 Ölkədə koronavirusa yoluxanların sayı 641-ə çatdı -  RƏSMİ
  06 Aprel 2020    Oxunub:5361
Azərbaycanda koronavirusa yoluxanların sayı 641 nəfərə çatıb.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti