Əhaliyə onlayn hüquqi yardım göstərilir

  06 Aprel 2020    Oxunub : 1364
Əhaliyə onlayn hüquqi yardım göstərilir
Ölkəmizdə koronavirus infeksiyası ilə bağlı vəziyyət və bu infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 mart tarixli qərarını nəzərə alaraq Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi vətəndaşlar üçün ödənişsiz onlayn hüquqi yardım xidmətləri göstərir.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə. hüquqi yardıma ehtiyacı olan şəxslər müraciətlərinin əsası, problemlərinin ümumi təsviri və əlaqə nömrələrini göstərməklə Hüquqi Yardım və Tədris Mərkəzinin [email protected] e-mail ünvanına müraciət edə bilərlər.

Azvision.az

Teqlər: Hüquq