TƏBİB: 42 minə yaxın şəxs koronavirus testindən keçirilib

  04 Aprel 2020    Oxunub : 2974
 TƏBİB: 42 minə yaxın şəxs koronavirus testindən keçirilib
Aprelin 4-də Azərbaycanda 3806 nəfər koronavirus testindən keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, Azərbaycanda indiyədək testdən keçənlərin sayı 41 min 673 nəfərə çatıb.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların sayı 521, ölənlərin sayı 5, sağalan xəstə sayı 32, aktiv xəstələrin sayı isə 484 nəfərdir.



Azvision.az

Teqlər: TƏBİB   Koronavirus