200 min vətəndaşa birdəfəlik ödəmə veriləcək

200 min vətəndaşa birdəfəlik ödəmə veriləcək
  05 Aprel 2020    Oxunub:9464
Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində - 190 manat birdəfəlik ödəmə veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda qeyd olunub.

Tədbirlər Planına əsasən, birdəfəlik ödəmələr 200 min nəfəri əhatə edəcək. Bu məqsədlə 70 milyon manat (2 aylıq - aprel və may ayları) vəsait ayrııb.

Azvision.az


Teqlər: Ödəniş   Yardım   Vətəndaş  





Xəbər lenti