Muzdlu işçilər üçün 215 milyon manat pul ayrıldı

Muzdlu işçilər üçün 215 milyon manat pul ayrıldı
  05 Aprel 2020    Oxunub:11920
Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün (iş yerlərinin azaldılmaması məqsədilə) ayrılan kompensasiyanın məbləği məlum olub.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda qeyd olunub.

Tədbirlər Planına əsasən, 300 min muzdlu işçiyə kompensasiya ödənilməsi məqsədilə 215 milyon manat vəsait ayrılıb.

Azvision.az



Teqlər: Tədbirlər-Planı  





Xəbər lenti