Qaydaları pozan obyektin fəaliyyəti dayandırıldı

  04 Aprel 2020    Oxunub : 1395
Qaydaları pozan obyektin fəaliyyəti dayandırıldı
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi İlkin Mirzəyev barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.

Azvision.az

Teqlər: DİN