Heydər Əliyev Mərkəzindən COVID-19-un geniş yayıldığı ölkələrə dəstək - FOTOLAR

   Heydər Əliyev Mərkəzindən COVID-19-un geniş yayıldığı ölkələrə dəstək -    FOTOLAR
  04 Aprel 2020    Oxunub:3162
Azərbaycanın koronavirus (COVID-19) pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiya təqdim edilib.
Mərkəzdən Azvision.az -a verilən məlumatda deyilir ki, aprelin 3-də Mərkəzin binası üzərində Çin Xalq Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunub. Qeyd olunub ki, bu gün pandemiya qurbanlarının xatirəsinə ehtiram olaraq Çində matəm elan edilib.



“COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdiriləcək.



Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. Mərkəzin binası üzərində proyeksiya hər gün saat 20:00-dan gecə saat 00:00-dək davam edəcək”, - deyə məlumatda bildirilib.




Azvision.az



Teqlər: Heydər-Əliyev-Mərkəzi  





Xəbər lenti