Bu şəxslər mağaza, bank və aptekə getməkdə sərbəstdirlər - SİYAHI

Bu şəxslər mağaza, bank və aptekə getməkdə sərbəstdirlər -  SİYAHI
  04 Aprel 2020    Oxunub:10554
Nazirlər Kabinetinin 124 nömrəli Qərarındakı 1 nömrəli Əlavəyə daxil olan qurumların fəaliyyətinə icazə verilən əməkdaşları mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, küçəyə çıxmağa icazəsi olan vətəndaşın avtomobil üçün də əlavə icazə almasına ehtiyac yoxdur. “İşləmək üçün icazəsi olan vətəndaş öz avtomobilindən istifadə etməkdə sərbəstdir”.

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun qərarı ilə Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 1 nömrəli əlavə - “Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı”na aşağıdakı məzmunda 24-38-ci hissələr əlavə edilib.

24. Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar

25.Şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları

26.“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

27.“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

28.“AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

29.“Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti

30.Dövlət Avtomobil Nəqliyyatı Xidməti

31.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyininMəlumat Hesablama Mərkəzi

32.“Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti

33.“Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti

34.“AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyəti

35.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri

36.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri

37.Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri

38. Yanacaqdoldurma məntəqələri.

Aytən Zəhra
Azvision.az


Teqlər: Karantin   İcazə  





Xəbər lenti