“ASAN Xidmət” jurnalistlərə müraciət etdi

 “ASAN Xidmət” jurnalistlərə müraciət etdi
  03 Aprel 2020    Oxunub:3635
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən jurnalistlərə müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat paylaşıb.

"Hörmətli KİV nümayəndələri, çoxsaylı müraciətlərinizi nəzərə alaraq bildiririk ki, xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir.

Bir daha bildirmək istəyirik ki, bütün bu qərarlar ölkədə virus təhlükəsinin minimuma endirilməsi üçün qəbul edilir.

Bir daha vətəndaşlarımızdan zəruri olmadığı hallarda öz yaşayış yerlərini tərk etməməsi və xüsusi karantin vəziyyətini nəzərə alaraq sui-istifadə hallarına yol verməməsi xahiş olunur", - deyə qurum rəsmisi qeyd edib.

Azvision.az



Teqlər: ASAN-Xidmət   KİV   Jurnalist  





Xəbər lenti