Bakıda yeni yerüstü piyada keçidi açıldı - FOTOLAR

   Bakıda yeni yerüstü piyada keçidi açıldı -    FOTOLAR
  03 Aprel 2020    Oxunub:2656
Bu gün Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı görülən işlərlə tanışlıq çərçivəsində paytaxtın Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilmiş yerüstü piyada keçidinin açılışında da iştirak edib.
Azvision.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, dövlət başçısının tapşırıq və göstərişləri, müvafiq sərəncamları ilə hazırda avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur:

“Bu baxımdan yerüstü və yeraltı piyada keçidlərinin tikintisi xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə paytaxtın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir. Bu istiqamətdə icra olunan kompleks tədbirlərin bir hissəsi kimi Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin də mühüm əhəmiyyəti var. Belə ki, bu ərazi həm nəqliyyat vasitələrinin, həm də piyadaların çox olduğu yerdir. Yerüstü piyada keçidinin burada inşası piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, ərazidə yarana biləcək tıxacların qarşısını da alacaq və nəticədə avtomobillərin hərəkətinin intensivliyi təmin olunacaq. Keçidin inşasına 2018-ci ildə başlanılıb. Keçidin uzunluğu 130, eni isə 3 metrdir”, - deyə o, bildirib.















Azvision.az


Teqlər: Bakı   Piyada-keçidi  





Xəbər lenti